“Semka” da həbs olundu

“Semka” da həbs olundu
1517 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Axşam.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə “Semka” ləqəbi ilə tanınan 1994-cü il təvəllüdlü Samir Ramazanov saxlanılıb.

Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.