Məna xəstəliyi haqda danışdı

Məna xəstəliyi haqda danışdı
2463 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb.

Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:

"Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır. Hətta yeməyini də yayımlayanlar var. Mən də sənətimlə bərabər başıma gələnləri bölüşdüm. Dərd bölüşəndə azalır".

Qeyd edək ki, Məna bir müddət əvvəl xəstəxanadan videosunu yayımlamışdı. O, daha sonra burnunda olan problemə görə bıçaq altına yatdığını deyib.

Namiq Məna isə bir müddət əvvəl oğlunun beynində xoşxassəli şiş aşkarlandığını demişdi.