"Mənə qarğış edəni necə bağışlayım?"

"Mənə qarğış edəni necə bağışlayım?"
1299 dəfə oxunub
  • A-
  • A
  • A+

"Xasiyyətcə yumşaq insanam. Dəyməyənə dəymərəm. Amma mənə elə möhkəm dəyiblər ki, ömürlük barışmaram".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi "İncə səhər" verilişində deyib. Müğənni adını açıqlamadığı həmkarının ona qarğış etdiyini söyləyib:

"Bir insan ki, illərdir tanıdığı adama qarğış edə, onu necə bağışlamaq olar? Özü də mənim kimi insanı, ürəyimin necə olduğunu bilirlər".

Qeyd edək ki, bir müddət əvvəl R.Musəvi ilə həmkarı Əməkdar artist Kəmalə Rəhimova arasında qalmaqal yaşanmışdı. K.Rəhimova Ruhəngizə qarğış etmişdi. Qalmaqala səbəb isə illər əvvəl Ruhəngizə dediyi bir sirri aparcılardan birinə danışması olub.