Neymar Dubaydan 92 milyona ev aldı - Fotolar

Neymar Dubaydan 92 milyona ev aldı - Fotolar
1141 dəfə oxunub
  • A-
  • A
  • A+

Braziliya futbol millisinin hücumçusu Neymar Birləşmiş Ərəb Əmirliyində aldığı evlə bağlı dünya mediasının müzakirə obyektinə çevrilib. 

Axşam.az xəbər verir ki, futbolçu Dubayın ən bahalı yaşayış kompleksində "penthouse" alıb. 

"Bugatti Residence"də yerləşən ev üçün Neymar 200 milyon dirhəm (təxminən 92 milyon 567 509 manat), yəni 54 milyon dollar ödəyib. 

Mənzilin özəlliyi ondadır ki, sakinlər avtomobilləri ilə öz evlərinə qalxa və onu orada saxlaya biləcəklər.