Zibillikdə 2000 yaşı olan heykəl tapıldı

Zibillikdə 2000 yaşı olan heykəl tapıldı
792 dəfə oxunub
  • A-
  • A
  • A+

Yunanıstanda zibillikdə 2000 illik heykəl tapılıb.

Axşam.az xəbər verir ki, 32 yaşlı yunan Saloniki şəhəri yaxınlığındakı zibillikdə antik heykəl aşkarladığı barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Heykəl qara rəngdə plastik torbanın içində olub. Təxminən 80 sm hündürlüyündə olan heykəlin başı və qolu yoxdur.

Mütəxəssislər heykəlin Ellinizm dövrünə, eramızdan əvvəl 323-cü ilə aid olduğunu müəyyən ediblər. Heykəlin o dövrün tanrıçalarından birinə məxsus ola biləcəyi bildirilsə də, qolların və başın olmaması dəqiq kimin təsvir edildiyini müəyyən etməyə imkan vermir.

Heykəli kimin ora atdığı isə araşdırılır.