Gec uzanan saçlar üçün məsləhətlər və maska

Gec uzanan saçlar üçün məsləhətlər və maska
6726 dəfə oxunub
  • A-
  • A
  • A+

Saçlarınız gec uzanırsa və bu, sizi narahat edirsə, müxtəlif üsullara əl atmaqla tez bir zamanda onların daha gözəl görünüş almasına nail ola bilərsiniz.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, saçlara təsir edən amillər içərisində qeyri-kafi bəslənmə, havanın natəmizliyi və s. ola bilər. Bütün bu faktorların qarşısını almaq üçün aşağıdakı məsləhətlərə əməl etməlisiniz:

1. Sağlam qidalanın və stressdən uzaq durun.

2. Fenlərdən bir müddət uzaq durmağa çalışın.

3. 2 aydan bir saçlarınızın uclarını kəsdirin

4. Bol su içmək bədənimizə olduğu qədər saçımıza da xeyirdir.
Saçınızın uzanması üçün çoxlu su içməli, meyvə-tərəvəz yeməli, balığa xüsusilə üstünlük verməlisiniz. Bütün bunlarla yanaşı, saçlarınızın sürətlə uzanmasını təmin edəcək maskadan da yararlana bilərsiniz:


- 1 qəhvə fincanı zeytunyağı
- 1 çay qaşığı cəfəri toxumu yağı
- 1 çay qaşığı gicitkən toxumu yağı
- 1 çay qaşığı kətan toxumu yağı
- 1 çay qaşığı çörəkotu yağı


Hazırlanması:


Bütün vasitələr qarışdırılır, daha sonra isti su dolu bir qabın üzərinə bu qarışığın olduğu qab qoyulur və qızdırılır. Alınan qarışığı saçların diblərinə yaxşıca yeridib, saçınızı bağlayın. 3-8 saata yaxın gözlədikdən sonra saç tipinə uyğun şampunla yuyun.

Həftədə bir dəfə bu maskadan istifadə etsəniz, saçlarınızın sürətlə uzandığını görəcəksiniz.