Müğənni arıq qalma sirrini açdı

Müğənni arıq qalma sirrini açdı
10290 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Keti Topuriya artıq çəkilərlə necə mübarizə aparmağından danışıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, incə bədən quruluşu ilə hər kəsi heyrətləndirən ifaçı özünü heç bir yeməkdən məhrum etmədiyini deyib:

"Pəhriz saxlamıram. Özümü dadlı kekslərdən məhrum etmirəm. Buna görə də hərdən azca kökəlirəm. Həmin dəqiqə normal qaydada yeməyə başlayıram: ağsız balıq, toyuq əti, meyvələr, tərəvəz və qatıq. Eyni zamanda qida rasionumdan şirniyyatı, qızartmaları və un məmulatlarını yığışdırıram".

Özünü ac saxlamayan Keti hətta gecə yarısı da yeyir:

"Əmin olun ki, gecə yarısı bir boşqab salat əvəzinə parda bişmiş ət qəbul etsəniz kökəlməzsiniz. Əsas odur ki, yatmazdan iki saat əvvəl yeyəsiniz. Gün ərzində 2 litrdən çox su için. Hər bir saatdanbir 1 stəkan içsəniz rahat olarsınız".