Məşəlin İçərişəhər yolu və köpük fləşmobu - videolar

Məşəlin İçərişəhər yolu və köpük fləşmobu - videolar
2362 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı-2015 birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə iyunun 9-da Alov qüllələrindən start verilib.

Məşəli güləş üzrə Olimpiya çempionu Fərid Mansurov, xalq artisti Faiq Ağayev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, veteran atlet Abbas Əzimov, aktyor Bəhram Bağırzadə, güləş üzrə dünya və Avropa çempionu Həsən Əliyev, voleybolçu Alla Həsənova, xalq artisti, dirijor Yalçın Adıgözəlov, xalq artisti, musiqiçi Ənvər Sadıqov, xalq artisti, aktrisa Şəfiqə Məmmədova, Beynəlxalq Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Karpalos və "Bakı 2015"in ulduz elçisi, müğənni Tünzalə Ağayeva daşıyıb.

Paytaxtın müxtəlif yerlərində Avropa Oyunları ilə bağlı əyləncəli tədbirlər keçirilir. Bu gün Fəvvarələr Meydanında köpük fləşmobu da baş tutub.

Axşam.az həmin videoları təqdim edir.