Türkiyəli müğənni Mahsun Kırmızıgülün Bakı konsertinin ilk günü baş tutub.
Axşam.az xəbər verir ki, bir neçə gündür Bakıda olan sənətçi sevənləri ilə Bakı Konqres Mərkəzində görüşüb.
Gecə boyunca tamaşaçılarla maraqlı söhbətlər edən Kırmızıgül səhnəyə çıxanlarla fotolar çəkdirib.
"Annem" mahnısını oxuyan müğənni "Son bir ildir anam Altsheymer xəstəsidir. Gözlərini belə aça bilmir. Gəlmədən əvvəl yanına getdim, bəzən qulağına mahnılar oxuyuram, əlimi sıxır. Onun üçün də gerçəkdən həyatda bəzi şeyləri geri gətirə bilməzsiniz. Buna görə də ailənizə, sevdiyinizə sarılın. Həyat çox qısadır" sözlərini deyib. İfa zamanı sənətçi kövrəlib.
Mahsun gecədə Elmira Rəhimovanın "İntizar" mahnısını da oxuyub.
Qeyd edək ki, Mahsunun növbəti konserti bu gün sözügedən məkanda keçiriləcək.
Foto: Orxan Şərəfxanov