Azərbaycanlı müğənni Fransada "Bakı-2015"in aparıcısı olacaq

Azərbaycanlı müğənni Fransada "Bakı-2015"in aparıcısı olacaq
1722 dəfə oxunub
  • A-
  • A
  • A+

Parisdə yaşayan caz müğənnisi, həmyerlimiz Təranə Allahverdiyeva-Monbarbü I Avropa Oyunlarını canlı yayımlayacaq Fransanın “L’Equipe 21” idman telekanalında oyunların açılış mərasiminin aparıcılarından biri olacaq.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, Təranə xanım “L’Equipe 21” kanalının studiyasında telekanalın bir neçə idman mütəxəssisi ilə birgə iyunun 12-də yerli vaxtla saat 18:00-da başlayacaq Avropa Oyunlarının açılış mərasimini şərh edəcək və tamaşaçılara Azərbaycan, onun mədəniyyəti, musiqisi haqqında məlumatlar verəcək.
 
14 ildir, Fransada yaşayan və burada “Tarana Paris Bakou” adı ilə tanınan müğənni əslən Azərbaycanın Şuşa şəhərindəndir.