Ledi Qaqa "Bakı 2015"in açılışında - rəsmi

Ledi Qaqa "Bakı 2015"in açılışında - rəsmi
6700 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-lı müğənni Ledi Qaqanın "Bakı 2015" Avropa Oyunlarının açılış mərasimində iştirakı təsdiqlənib.

Axşam.az-ın məlumatına görə, bu barədə Avropa Oyunlarının rəsmi tvitter səhifəsində məlumat verilib.

Qeyd edilib ki, Ledi Gaga Con Lennonun repertuarından "İmagine" mahnısını ifa edəcək.

Bakı-2015-in mərasim təşkilatı üzrə direktoru Katerina Uqvu bildirib: “Biz çox şadıq ki, Lady Gaga ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Con Lennondan ifa edəcəyi “Imagine” adlı mahnı Avropadan gələcək 50 dövlətin idmançıları üçün sülh və birliyin himni olacaq”