Natavan məhkəmə haqda: "Qanunlarımız kimliyə, statusa fərq qoymur"

Natavan məhkəmə haqda: "Qanunlarımız kimliyə, statusa fərq qoymur"
1914 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovaya növbəti məhkəmə prosesində də qalib gəlməsindən danışıb.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda sosial şəbəkədə yazıb:

“Qanunlarımızın kimliyə, statusa fərq qoymadan, hər kəs üçün eyni, düzgün şəkildə tətbiq olunması bir daha sübut edildi. Bu prosesdə dəqiq və qərəzsiz çalışdıqları üçün bütün məhkəmə heyətinə, obyektivliyi qoruyaraq, xəbərləri paylaşan media nümayəndələrinə, əvvəldən sona qədər dəstəyini əsirgəməyən dostlarıma, haqqı nahaqdan ayıran sənət yoldaşlarıma, ağı qaradan seçən xalqımıza təşəkkürümü bildirirəm. Ümumilikdə haqq tərəfdarlarının qələbəsi, haqsızların həyat dərsidir. Bu müqəddəs ayda hər kəsin düzgün yola gəlməsini, günahdan qorxmasını, pis əməllərdən uzaq olmasını diləyirəm”.

Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Dünən Aygün Kazımovanın Bakı Apellyasiya Məhkəməsinin Natavan Həbibinin xeyrinə çıxardığı qətnamədən verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin Mülki kollegiyasında baxılıb. Qərar N.Həbibinin xeyrinə olub.

Qərara görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.