Könüldən Xatuna: "Böyük-kiçik yeri bilməlidir"

Könüldən Xatuna: "Böyük-kiçik yeri bilməlidir"
3427 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Könül Kərimova həmkarı Xatun Əliyevanın onu parodiya etməsinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar”a açıqlamasında həmkarına dəfələrlə xəbərdarlıq etdiyini, amma qarşılıq görmədiyini deyib:

“Ən azı hər kəs böyük-kiçik yeri bilməlidir. Onun parodiyasın qətiyyən qəbul etmirəm. İnsan özünə hörmət qoymalıdır. Bunu bacarmayanlar da var. Çörək kəsdiyim insandır. Bu mənim xoşuma gəlmir. Qarşımdakı məni eşidib, hörmət etmir, ürəyi istədiyi kimi davranır. Fərqinə varmır ki, kiminsə qəlbinə dəyir, hissləri ilə oynayır. Ona deyirəm, “Ey dost, bunu etmə”. Qəsdən nələrsə etməklə zövq alır. Haqsızlığı götürmürəm. İnsan necə durduğu yerdə başqası ilə düşmənçilik edir? Ən az bir-birimizin sənətinə hörmət qoymalıyıq”.

K.Kərimova X.Əliyevaya qarğış etməsi xəbərini yalanlayıb:

“Çox şeyləri otaya çıxara bilərəm. Allah hər kəsin ürəyinə görə versin. Bu sözü qarğış kimi qəbul edənlər ola bilər. Amma dediyim söz budur”.