İdmançımız polşalı gimnastı xilas etməsindən danışdı

İdmançımız polşalı gimnastı xilas etməsindən danışdı
8021 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün I Avropa Oyunlarının batutda tullanma yarışlarında Azərbaycan idmançısı Elçin Əlibəyli əla reaksiya göstərərək yıxılan polşalı gimnast Bartalamey Xesi vaxtında tutmaqla onu ağır zədə almaqdan qorudu.

Axşam.az-ın məlumatına görə, 19 yaşlı E.Əlibəyli Trend-ə bildirib ki, peşəkar idmançı olması və daha əvvəllər belə vəziyyətə düşməsi ona həmin anda dərhal reaksiya verməyə kömək etdi:
 
“Beş yaşımdan akrobatika ilə məşğul oluram və milli komandanın üzvüyəm. Akrobatikada bəzən elə olur ki, həmkarım yıxıla, mən isə onu sığortalayaraq xilas edə bilərəm. Özüm belə vəziyyətlərə düşmüşəm, buna görə də belə asan reaksiya verə bildim”.

Onun sözlərinə görə, polşalı gimnastı sığortalayarkən yaşadığı hissləri hər kəs keçirə bilməz:
 
“Bir az həyəcan keçirdim. Lakin idmançının zədə almadığını görəndə çox sevindim”.

İdmançımız əlavə edib ki, polşalı idmançı köməyə görə ona təşəkkür edib.