Rekord qıran filmlər - siyahı

Rekord qıran filmlər - siyahı
5795 dəfə oxunub
  • A-
  • A
  • A+

Film dünyası haqda elə maraqlı faktlar və rekordlar var ki, saymaqla bitməz.

Bəzilərini isə çox az adam bilir.

Axşam.az Rusiya mediasına istinadən sizə onlardan bəzilərini təqdim edir.

Ən bahalı ssenari - "Xaç atası" filminin 173 səhifəlik, aktyor Marlon Brandoya təqdim olunan ssenarisi 2005-ci ildə 312 min dollara satıldı.



"Oskar" alan ilk remeyk film - "Dönüklər" ("The Departed" 2006) filmi Çin istehsalı olan "İkiqat qalaqurma" (2002) filminin yenidn çəkilmiş variantıdır. Lakin originaldan fərqli olaraq "Dönüklər" "Oskar" mükafatını qazanıb.

Qısa müddətdə rekord kassa gəliri - "Forsaj 7" (2015) filmi premyeradan sonrakı 17 gün ərzində dünya kinoteatrlarında 1 milyard dollar gəlir əldə edib. Lakin bu yaxınlarda təqdim olunan "Yura dövrünün parkı" filmi bir həftə ərzində 512 milyon dollar qazanıb. Onun "Forsaj"ı keçəcəyi gözlənilir.




Ən bahalı film - "Karib dənizinin quldurları: dünyanın sonu" (2007) filmi 300 milyon dollara çəkilib. Gəliri isə 960 milyon dollar olub.

Ən bahalı film ayaqqabısı - "Oz - möcüzələr diyarı" (1939) filmində aktrisa Cudi Qarlendin geyindiyi ayaqqabılar 2000-ci ildə 666 min dollara satılıb.



Ən gənc rejissor - Nepaldan olan 7 yaşlı Soqat Bista 2014-cü ildə "Səni sevirəm, ata" ("Love You Baba") adlı film çəkib.

Ən uzun titrlı film- "Katiblər - 2" ("Clerks II) filminin sonunda 163.070 insanın adı yazılır.

Ən çox adam "öldürülən" film - "Üzüklərin hökmdarı: Kralın qayıdışı" (2003) filmində 836 obraz öldürülür. İkinci yerdə isə eyni filmin növbəti hissəsi gəlir: 468 qəhrəman.

Ən izdihamlı səhnə - "Qandi" (1982) filminin son səhnəsində 300 min insan var

Baş rolda oynayan ən yaşlı aktrisa - Lillian Qiş "Avqust balinaları" (1987) filmində oynayanda 93 yaşı var idi.



Ən geniş miqyaslı döyüş səhnəsi - "Üzüklərin hökmdarı" filmində 200 min insan "döyüşür".



Ən çox dağıntı olan təqib səhnəsi  - "Xırdavatçı" ("The Junkman" 1982) filmində  təqib səhnəsinin çəkilməsi üçün  150 nəqliyyat vasitəsi dağıdılıb. Onlar arasında 2 təyyarə də olub.



Rəsmi soundtreki olan ilk film - Uolt Disneyin çəkdiyi "Ağbəniz və yeddi cırtdan" (1937).

Ən bahalı poster - 2005-ci ildə London qalereyasında "Metropolis" (1927) filminin original posteri 690 min dollara satıldı. Posterin müəllifi rəssam Haynz Şulç-Noydamdır.



"Oskar" alan ən qısa adlı film - "Z" (1969)

Ən çox söyüş olan film - "And içmə" ("Swearnet" 2014) filmində 112 dəqiqədə 868 dəfə söyüş eşidilir.



Hollivudda çəkilən ilk film - Rejissor D.V Qrifitin çəkdiyi "Köhnə Kaliforniyada" (1910)

Ən gəlirli idman filmi - "Rokki" (1976 -2006) filminin 6 hissəsi ümumilikdə 1 milyard 251 milyon dollar qazandırıb.