Ədalətin konsertində baş verənlər - fotolar

Ədalətin konsertində baş verənlər - fotolar
1001 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın əməkdar artisti Ədalət Şükürovun solo konserti olub.

Bu barədə Axşam.az-a mərkəzdən məlumat verilib. Mərkəzin parkında yay mövsümündə ənənəvi olaraq təşkil edilən istirahət proqramları çərçivəsində şəhər sakinləri və qonaqlar ötən bazar günü axşamı Ə.Şükürovun repertuarından müxtəlif mahnıların sədaları altında dincəliblər. İki saata yaxın davam edən konsert proqramında müğənni “Nə yaxşı ki, yanımdasan sən” yeni mahnısını da mərkəzin parkında dincələnlərə təqdim edib.

O. konsertə toplaşan yüzlərlə tamaşaçı ilə həm də özünün ən böyük selfisini çəkdirib.