Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab
3856 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. 

Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:

"Evliliyin həqiqəti necə olur? Ətrafımızda da bunu deyənlər çoxdur. Azərbaycan üçün ailə çox önəmlidir. Bütün tədbirə də, efirə də bir gedirik. necə yalan ola bilər? Bəzilərində ad evlilikdir, ortada heç nə yoxdur. Ona görə bizə də elə deyirlər. Xoşbəxt ailəni çox görmək istəyirəm". 

Doğuş isə "Yorulmadınız bu sualları verməkdən? Evlilik evlilikdir" deyə, əlavə edib.