Teylor Svift Britaniyaya 1 milyard qazandıracaq

Teylor Svift Britaniyaya 1 milyard qazandıracaq
387 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur amerikalı müğənni Teylor Sviftin "Eras" turunun Böyük Britaniya iqtisadiyyatına 1 milyard funt sterlinq gəlir gətirəcəyi gözlənilir.

Axşam.az xəbər verir ki, "Business Matters"in araşdırmasına görə, müğənninin pərəstişkarları iyunda onun şousunda iştirak etmək üçün təxminən 850 funt sterlinq xərcləyəcək.

1,1 milyon tamaşaçıdan beşdə biri konsert üçün xüsusi olaraq paltar ala bilər, lakin xərclərin böyük hissəsi biletlər, nəqliyyat və yaşayış xərclərinə aid olacaq.

Qeyd edək ki, Svift ötən il "Eras" konsert turundən 906 milyon dollar qazanıb.