45 yaşlı aparıcı ata olacağını təsdiq etdi

45 yaşlı aparıcı ata olacağını təsdiq etdi
1426 dəfə oxunub
  • A-
  • A
  • A+
Birinci kanaldakı işinə son verməsi ilə gündəmə gələn rusiyalı aparıcı Andrey Malaxov ata olacağı ilə bağlı xəbərlərdən danışıb.
 
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, aparıcı xanımı Natalya Şkulevanın hamilə olduğunu təsdiqləyib:

“Özüm də gözləmirdim ki, keçən həftənin xəbərlərinin əsas gündəmi mənim həyat yoldaşımın hamiləliyi və atalıq məzuniyyətim olacaq. 6 illik evliliyimiz boyunca xanımıma ailəmizdəki perinetal vəziyyətlə bağlı müxtəlif suallarla “hücum edən” dəyərli vətəndaşlarımızı təbrik etməyə tələsirəm. Bəli, biz Nataşa ilə ilk övladımızı gözləyirik”.

Qeyd edək ki, Malaxovun 45, Şkulevanın isə 37 yaşı var.