Sürücülərin nəzərinə - bu yol bağlanır

Sürücülərin nəzərinə -  bu yol bağlanır
2786 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi rayonu Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 15-dən etibarən qismən məhdudlaşdırılacaq.
 
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqustun 19- na kimi qüvvədə olacaq.
 
Sürücülərə alternativ yol kimi Zabrat Məhəmmədi–Pirşağı avtomobil yolundan istifadə etmələri tövsiyə edilir.