ARB-dən gedən Zümrüd hansı kanalda çalışacaq?

ARB-dən gedən Zümrüd hansı kanalda çalışacaq?
3658 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı-aktrisa Zümrüd Qasımova yeni veriliş hazırlayır.

Axşam.az-ın məlumatına görə, o, proqramın çəkilişlərinə artıq başlayıb. Hətta Zümrüd bunun üçün yeni geyimlər də tikdirir. Aparıcı modelyer Elnarə Bəkirova ilə çalışır.

Z.Qasımova yeni bir prodakşınla işbirliyinə başlayıb. Aparıcı əməkdaşımızla söhbətində deyib ki, verilişin hansı kanalda yayımlanacağına hələ qərar verilməyib:

“Hansısa kanalın adını çəksəm, sonra yalançı olaram. Çünki hələ dəqiq qərar verilməyib”.

Əldə etdiyimiz məlumata görə, Z.Qasımovaya iki telekanaldan iş təklifi gəlsə də, o, bundan imtina edib və prodakşınla çalışmağı seçib.

Qeyd edək ki, Z.Qasımova ARB-də "Gəlin danışaq" verilişinə aparıcılıq edirdi.