"...tab gətirə bilmirlər" - "Hell"in rəsmisi

"...tab gətirə bilmirlər" - "Hell"in rəsmisi
2326 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanda son illər enerji içkilərinə olan tələbat, demək olar ki, qida məhsullarına olan tələbatla eyni səviyyəyə çatıb. Enerji içkiləri bazarında böyük üstünlük əldə edən "Hell"in marketinq direktoru Müşfiq İsgəndərov ölkəmizdə bu içkilərə olan tələbatın səbəbindən danışıb. 

Axşam.az azxeber.com-a istinadən həmin müsahibəni təqdim edir:

- Müşfiq bəy, ilk olaraq özünüz haqda məlumat verərdiniz...

- Artıq 3 ildir ki, "Hell" enerji içkilərinin uğur hekayəsində payı olan ordu üzvlərindən biri... Marketinq camiasının dili ilə desək, markasına dəli kimi bağlı HELL Müşfiq (gülür)...

- Son illər müxtəlif adda enerji içkiləri bazarda görünür. Azərbaycan bazarında enerji içkilərinə təlabat bu qədər çoxdur?

- Azərbaycan istehlakçısı həmişə yüksək keyfiyyətli məhsul seçimi edir. Enerji içkiləri bazarındakı aktivliyi görən iş adamları bazara yeni məhsulların gətirilməsini təşkil edir. Nəticədə isə böyük rəqiblər qarşısında tab gətirə bilmirlər. 66.5% enerji içkisi alıcısı seçimini artıq 4 ildir ki, yüksək keyfiyyətli və qiyməti münasib Avropa məhsulu olan "Hell" enerji içkiləri üzərindən edib.



- Enerji içkiləri haqqında cəmiyyətdə müxtəlif fikirlər var. Bu içkilərin insan sağlamlığı üçün zərərli olduğuna aid iddialar səslənir. Siz birbaşa istehsal prosesinin şahidi olmusunuz. Bu iddialar nə dərəcədə doğrudur?

- Məhsulumuzun tərkibi tam olaraq təbii inqridentlərdən ibarətdir. Tərkibi 88.2% su ,10.4% təbii çuğundur şəkəri, ana südü və uşaq yeməklərində olan taurin, 5000 min il tarixi olan və gündəlik istifadəmizdə olan çay və kofenin terkibində olan kofein və 5 növ B vitaminindən ibarətdir. Bu isə məhsulumuzun çox yüksək keyfiyyətli olduğuna sübutdur. Bu içkilərdə gün ərzində doğru istifadə edildiyi halda heç bir zərər müşahidə olunmur.

- "Hell"in qısa zamanda bazarda lider olmasında peşəkar marketinq planlamasının əsas rol oynadığını görmək mümkündür. Bunun üçün nə etdiniz?
 
- Yenə də qeyd edim ki, liderliyimizin əsas səbəblərindən biri yüksək keyfiyyətli məhsul və qiymət amilidir. Doğru yerdə və doğru reklam addımları atılmasıdır. Həmçinin böyük miqyaslı tədbirlərdə markamız layiqincə təmsil olunur. Yeri gəlmişkən, 23 sentyabr Azərbaycanın ən böyük arenalarından birində yerli və dünya ulduzlarının iştirakı ilə möhtəşəm parti hazırlıqlarımız davam edir.

- İddialara görə, Azərbaycan şou-biznes nümayəndələrinin sosial media hesablarında paylaşımları siz tərəfdən marketinq manevri kimi istifadə edilir. Bu belədirmi?

- "Hell" enerji içkilərinin marketing komandası olaraq bildirmək istəyirəm ki, markamız ölkəmizdə şou camiasında yalnız "İlk media" ilə əməkdaşlıq edir və bu şirkətin rəhbəri İlkin Həsəni markanın rəsmi simasıdır. Sosial şəbəkələrdə yerli şou nümayəndələrinin "Hell" ilə etdiyi paylaşımlar isə onların markamıza olan sevgisinin ifadəsidir. Bu, bizim tərəfimizdən atılmış bir addım deyil.



- Siz özünüz də aktiv sosial media istifadəçisiniz. Paylaşdığınız postlar insanlar tərəfindən bəyənilir və gündəmə təsir edir. Bəs siz özünüz "Hell" ilə sosial mediada şəkil paylaşan yerli ulduzları heçmi görməmisiniz?

- Doğrudur, sosial media həyatımın, demək olar ki, yarıdan çoxunu əhatə edir. Daimi marka izləmələrim var. Gün ərzində onlarla insanın "Hell" ilə şəkillərini paylaşdığını müşahidə edirəm, amma qeyd etdiyiniz kimi, markamıza özəl və sima kimi təqdim edilən yalnız bir şou nümayəndəmiz var, o da İlkin Həsənidir. Digər şou-biznesə can atan, ulduz olmayan ifaçılar tərəfindən bu tip paylaşımların şahidi olmamışam.

- Reklam xərclərinin yönəlməsi hansı istiqamətdədir?

- Bildirmək istəyirəm ki, "Hell" enerji içkilərinin reklam xərcləri markanın Azərbaycana təyin etdiyi nümayəndə tərfindən təmin olunur. Növbəti efir mövsümündə "Bozbash pictures"dən əlavə ekstrim şouya sponsorluq etməyi düşünürük. Həmçinin, reklam büdcəmizdə satış və dağıtımının yüksək keyfiyyətini artırmaq üçün müxtəlif addımların atılması nəzərdə tutulub.