Müğənninin yerinə səhnəyə oxşarını çıxardılar - foto

Müğənninin yerinə səhnəyə oxşarını çıxardılar - foto
3373 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ece Seçkinin yerinə səhnəyə onun oxşarı çıxarılıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, çimərliklərin birində “konsert verən” ifaçı həmin vaxt Yunanıstanda istirahət edirmiş. Sarışın və eynəkli bir qadını isə Ece Seçkin adıyla onun fonoqramlarıyla səhnəyə çıxarıblar. Üstəlik həmin qadının Ece olduğunu düşünən tamaşaçılar onunla selfi çəkdiriblər.

Məsələdən gec xəbər tutan Ece Seçkin konsertin təşkilatçısının sosial şəbəkə səhifəsində “Ece Seçkin də orada imiş. Diva deyib səhnəyə çıxarmısan. Görək, bu işin altından necə çıxacaqsan?” deyə xəbərdarlıq edib.