"Gözəl fotomodeləm" - Elza

"Gözəl fotomodeləm" -  Elza
1602 dəfə oxunub
  • A-
  • A
  • A+

"Mən "baby nənə", yəni körpə nənəyəm. Hər şeyin təzəsini Elza edir. Xoşbəxtəm ki, bu yaşda nənəyəm. Mənim yaşıdlarım var ki, hələ ailə qurmayıblar. Yaxşı ki, zamanında ərə getmişəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan deyib. Müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında öz ünvanına təriflər yağdırıb.

E.Seyidcahan bildirib ki, ən böyük arzusu velosiped sürməyi öyrənməkdir:

"Elza gözəl ana, bəstəkar, müğənni, şairə, fotomodel, aktrisa, stilist, qayınanadır. Ən böyük arzumdur ki, velosiped sürüm. Yaxşı sürməsəm də, bir az bacarıram. İnanıram ki, daha yaxşı öyrənəcəm. Xarici ölkələrdə olanda bura qayıtmaq istəmirəm. Çünki orada rahat velosiped sürmək olur".