"Sosial şəbəkədə qızlarla tanış oluram" - 73 yaşlı Rəmiş

"Sosial şəbəkədə qızlarla tanış oluram" -  73 yaşlı Rəmiş
10797 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) sosial şəbəkədə özünə profillər açıb.

Axşam.az-ın məlumatına görə, gitara ifaçısı bu haqda “ATV maqazin onlarla” verilişində deyib.

Rəmiş bildirib ki, "Facebook" və İnstaqramda yeni dostlar tapıb:

"O qıza yığıram, bu qızla danışıram. Dostluq edirəm, tanış oluram. Biri ilə dost olmuşam, adı Arzudur. Hətta onunla görüşmüşəm də".

İfaçı "Gitaranızı kimə vəsiyyət edəcəksiniz" sualına belə cavab verib:

"Gitaramı kiməsə vəsiyyət etməyəcəm. Özümlə aparıb basdıracam. Məndən yüksəkdə olan yoxdur. Ona görə də gitaramı heç kimə rəva bilmirəm".