Elməddin xanımının qısqanclığından danışdı

Elməddin xanımının qısqanclığından danışdı
6445 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Elməddin Cəfərov xanımının qısqanclığından danışıb.

Axşam.az-ın məlumatına görə, aktyor “ATV maqazin onlarla” verilişində deyib ki, həyat yoldaşı onu çəkildiyi "Eks bacanaqlar" serialındakı xanımlara da qısqanır:

“Həyat yoldaşım hicablı xanımdı, bəzən məni başa düşür, bəzən yox. Serialda “Nə qəşəngsən” deyəndə əsəbiləşir ki, niyə belə edirsən? Deyirəm, axı bu obrazdır... Bəzən ona nəyisə izah edirəm, hərdən də susuram”.

Elməddin heç bir sosial şəbəkədən istifadə etmədiyini söyləyib:

“WhatsApp"ı belə telefonumdan sildim. Buna evdəkinin aidiyyatı yoxdur. Əvvəl telefonumda var idi, ona normal yanaşırdı. Allah rızası üçün sildim. Gündə 5 saat kitab oxuyuram".