"25 yaşında uşaq sahibi olmaq istəyirəm" - Aleyna Tilki

"25 yaşında uşaq sahibi olmaq istəyirəm" - Aleyna Tilki
2328 dəfə oxunub
  • A-
  • A
  • A+
"Sen olsan bari" klipi ilə son günlər gündəm olan müğənni Aleyna Tilki radio proqramlarından birinin qonağı olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, maraqlı açıqlamalar verən Aleyna gələcək planlarından da danışıb:

“Mən qadınlığımla deyil, insanlığımla xatırlanmaq istəyirəm. İndidən həaytımı planlayıram. 25 yaşında ailə qurmaq, uşaq sahibi olmaq istəyirəm. Amma o vaxtadək sevmək fikrim yoxdur”.

Tez-tez məktəbini dəyişdirən Tilki bunun səbəbini də vurğulayıb:

“Məşhurluğum üzündəndir. Məktəbin qarşısında fanatlarım toplanır. Narahatlıq yaradırlar. Sevənlər də var, sevməyənlər də. Üstümə hücum edənlər də. Təhlükəsizliyim baxımından buna məcburam”.