Vətəndaşlıq alması azmış kimi - indi də ailə qurmaq istəyir

Vətəndaşlıq alması azmış kimi - indi də ailə qurmaq istəyir
3809 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən ay Ər-Riyadda keçirilən tədbirlərdən birində Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlıq  alan Sofiya adlı robot yenə gündəm olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, tarixə ilk vətəndaşlıq alan robot kimi düşən Sofiya indi də ailə qurmaq, uşaq sahibi olmaq istəyir.

Müsahibələrindən birində o, qızının olmasını və ona öz adını vermək istədiyini dilə gətirib.

Sofiyanın vətəndaşlıq alması bir çox insanlar tərəfindən birmənalı qarşılanmadığı kimi, ailə qurmaq istəyi də müzakirələrə səbəb olub.