Müğənni Kardi Bi həyat yoldaşı, reper Offsetdən (Kiari Kendrell Sifus) ayrıldığını elan etdikdən bir neçə ay sonra barışıb.
Axşam.az xəbər verir ki, cütlük Nyu-Yorkdakı basketbol matçında paparatsilərin hədəfinə tuş gəlib.
Qeyd edək ki, iki övlad sahibi olan Kardi Bi və Offset 2017-ci ildə ailə qurublar. 2020-ci ilin payızında müğənni boşanmaq üçün müraciət etsə də, lakin sonradan fikrini dəyişmişdi. Keçən ilin dekabrında isə Ofsetin ona xəyanət etdiyi üzə çıxmışdı. Bu hadisədən sonra Kardi reperdən ayrıldığını açıqlamışdı.