Məşhurların kolleksiya həvəskarı olduqlarını bilirsinizmi? Onlardan kimi gəlincik, kimi silah, kimi rəsm əsəri, kimi də pul kolleksiyası yığır.

Axşam.az xarici KİV-ə istinadən ulduzların marağının nəyə olduğunu təqdim edir:

Bryus Uiles - Aktyorun lap uşaq yaşlarından oyuncaq tanklar kolleksiyası var. Onun digər maraqlı kolleksiyası isə Arnold Şvartsnegerin fotolorından ibarətdir.

Madonna - Məşhur müğənni kolleksiyası incəsənət əsərləridir. Ən əsası da onu daha çox Frida Kalonun əsərləri maraqlandırır. Müğənninin evində bu rəssamın demək olar ki, bütün əl işləri var.

Tom Henks - Aktyorun maraqlı kolleksiyası var. O, qədim çap maşınlarını toplayır. Evinin ən böyük otağı bu maşınlar üçün ayrılıb. Burada ərəb, rus, yapon və bir çox ölkələrin əlifbası ilə olan çap maşınlarına rast gəlmək olur.

Demi Mur - Aktrisa gəlinciklər kolleksiyasına sahibdir. Bu kolleksiyada 10 min barbi və eyni miqdarda müxtəlif gəlinciklər var. Demi Mur kolleksiyasına 1 milyon dollardan çox pul xərclədiyini deyir. Bu kolleksiyaların arasında briliyant və qızılla bəzədilmiş gəlinciklərə də rast gəlmək mümkündür.

Conni Depp - Ən maraqlı kolleksiyaçıdır. Onun kolleksiyasına hər adam baxa bilməz. Belə ki, Conni skelet kolleksiyası toplayır. Burada müxtəlif heyvanların, hətta insanın skeleti də var.

Şenay Akay - Ən maraqlı kolleksiya türkiyəli manikenə aiddir. «Kimi avtomobil, kimi pul, kimi də qızıl yığır. Amma mənim kolleksiyam sadəcə, məndə var» deyən Şenay, sən demə, öz hisslərini kolleksiya edir. Belə ki, Şenay sevincini və kədərini heç kimlə bölüşmür, onları bir kağıza yazıb, gizli sandığında saxlayır.

Türkan Şoray - Aktrisa rol aldığı filmlərdəki geyimlərini yığır. Bunun üçün evində üç otaq ayırıb. Bir də ki, Türkan Şoray qəzetlərdə çıxan bəyəndiyi xəbərləri toplayır.

Valdis Pelş - Aparıcı kaska kolleksiyası yığır. Onun kolleksiyasında hətta XIX əsr əsgərlərinə məxsus kaskalar da var.



                 

Digər Xəbərlər