Aviaşirkəti şikayət edib təzminat aldı - Foto

Aviaşirkəti şikayət edib təzminat aldı - Foto
2611 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl İspaniyadan Bakıya qayıdan aparıcı İlkin Həsəni təyyarəyə gecikdiyi üçün Frankfurt hava limanında qalıb.

Axşam.az xəbər verir ki, buna görə aparıcı aviaşirkəti şikayət edib. 

Bir gün hava limanında qalmalı olan aparıcının şikayəti cavabsız qalmayıb. Şirkət bunun üçün ona 600 avro (təxminən 1090 manat) təzminat ödəyib. 

İlkin "Elə bilirdiniz hava limanında yaşadıqlarımı sizə bağışlayacağam?" deyə, bildirib. 

Qeyd edək ki, İlkin bir müddət əvvəl "Sevilyadan Frankfurta uçan təyyarə hava şəraitinə görə gecikdi. Mən də Bakı reysinə gecikdim. Şirkət bütün biletləri dəyişdi. Amma Bakıya bir gün sonra İstanbuldan gələcəyəm, otel və yeməklə təmin etdilər. Vizam birdəfəlik olduğu üçün hava limanından çıxa da bilmirəm. Bir gün Frankfurt hava limanında qalmışam" açıqlamasını vermişdi.