Funda Arar Günayın mahnısını oxudu - video

Funda Arar Günayın mahnısını oxudu -  video
8864 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Funda Arar “Aşk hikayesi” adını verdiyi albomunu bu gün təqdim edib.
 
Axşam.az-ın məlumatına görə, albomda türk bəstəkarlarla yanaşı Azərbaycan mahnısı da yer alıb. Belə ki, Funda Arar Günay İbrahimlinin “Sən məndən gedən gündən” adlı mahnısın oxuyub.
 
Sözləri Fərdi Quliyev, musiqisi isə Tərlan Məmmədhüseynova aid olan mahnıya Funda “Sen benden gittiyinde” adını verib. Disk cümə günündən satışda olacaq.

Məsələ ilə bağlı G.İbrahimli açıqlama verib. O bildirib ki, mahnıya görə həm ondan, həm də müəlliflərdən icazə alınıb:

"Funda Ararın səsini, sənətini bəyənirəm. Mən də, müəllif də razılıq verib. Düşünürəm ki, ifası əla alınıb".