Bu gün Əməkdar artist Xudayət Əsgərovun 60 yaşı tamam olur.

Axşam.az xəbər verir ki, Xudayət Əsgərovun teatr sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə, habelə anadan olmasının 60 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

Xudayət Əsgərov bir çox beynəlxalq kukla teatrları festivallarında ölkəmizi layiqincə təmsil edib.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2006-cı ilin Prezident mükafatçısı olmuş, 2013-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülmüşdür. X.Əsgərov çalışdığı kollektivin nüfuzunu qazanıb.



                 

Xəbər lenti