Abbas Bağırov şou-biznes əhlini başına yığdı

Abbas Bağırov şou-biznes əhlini başına yığdı
3223 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın əməkdar artisti Abbas Bağırov yeni “Sev məni” albomunun və eyniadlı mahnıya çəkdirdiyi klipinin, eləcə də “Aləm gözəl” albomunun təqdimat mərasimini düzənləyib.

Axşam.az-ın məlumatına görə, təqdimat mərasimində müğənninin yaxın dostları - xalq artisti İlhamə Quliyeva, əməkdar artist İlqar Muradov, müğənni Zülfiyyə Xanbabayeva, şoumen Murad Dadaşov, teleaparıcı Nərgiz Cəlilova və digər tanınmışlar iştirak edib.

Türkiyədə çəkilən klipin rejissoru Tarkan və digər məşhurlarla çalışan Altan Dönməzdi. Müğənninin klipdəki tərəf müqabili isə ukraynalı xanım olub. Sujet xəttində sevdiyi xanımla aralarında mübahisə yaranan Abbas sonda avtomobil qəzasına düşərək ölür.

Abbas bildirib ki, sözləri Anar Məmmədova, musiqisi özünə məxsus olan “Sev məni” Azərbaycanda indiyədək çəkilən ən bahalı klipdir: “Bunun üçün çox böyük məbləğ sərf olunub".

Pərəstişkarları tərəfindən böyük coşqu və alqışla qarşılanan müğənni “Fan Club”u tərəfindən “Yaxşıların yaxşısı” mükafatına layiq görülüb.

Sonda sevənləri ilə birgə şəkil çəkdirən Abbas hər bir pərəstişkarına imzalı disk hədiyyə edib.