2019-cu ilin ən zəif şifrələri məlum oldu

2019-cu ilin ən zəif şifrələri məlum oldu
1117 dəfə oxunub
  • A-
  • A
  • A+

“NordPass” şifrə meneceri internet istifadəçiləri tərəfindən öz hesablarının qorunması məqsədilə istifadə edilən ən zəif şifrlər haqqında məlumat veriblər.

Axşam.az “ictnews”a istinadən xəbər verir ki, müstəqil tədqiqatçılar məlumat itkisi səbəbindən açıq girişdə olan 200 ən populyar şifrədən ibarət siyahı tərtib ediblər.

Məlumat bazası 500 milyon müxtəlif kod variasiyasından ibarətdir.

"Biz artıq bu barədə məlumat vermişik və yenə təkrar deyirik. Şifrələrin yaradılması çox vacibdir. Lakin indiyədək "12345" şəklində şifrələr yaradan milyonlarla insan buna əhəmiyyət vermir" – menecerin saytında dərc edilmiş məlumatda belə deyilir.

Ən populyar şifrələr 1-dən 9-dək rəqəmlərin kombinasiyası (məsələn, “12345”), qadın adları (Nikol, Cessika, Hanna), klaviaturada üfüqi, şaquli və ya diaqonal yerləşmiş hərflərin yığımından (məsələn, “1qaz2wsx” və “asdfghjkl”) ibarətdir. Mütəxəssislər bildiriblər ki, 830846 istifadəçi “password” şifrəsindən istifadə edir.

Təxminən 350 min nəfər öz fərdi məlumatlarını qorumaq üçün “qwerty”, 170 mindən çox istifadəçi isə “iloveyou” şifrəsindən istifadə edir.

Mütəxəssislər hesab edirlər ki, yuxarıda göstərilən siyahıdakı şifrə seçiminin əsas səbəblərindən biri odur ki, onları yadda saxlamaq daha asandır. Bu halda bir çox istifadəçilər bütün hesablar üçün eyni paroldan istifadə edirlər ki, bu da bütün hesabları təhlükə qarşısında qoyur.