"Sən kimsən ki, mənə prodüserin zəng edir" - Elza əsəbiləşdi

"Sən kimsən ki, mənə prodüserin zəng edir" -  Elza əsəbiləşdi
1708 dəfə oxunub
  • A-
  • A
  • A+
"Savadsız müğənnilər var, onlara bunu keçmək olar. Amma tərbiyəsi olmayan, ailə tərbiyəsi görməyib, böyük-kiçik saymayanlar var. Xalqın sayəsində ortalığa çıxıb, insanları bəyənməyənlər var".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Ən yaxşısı" verilişində deyib. Müğənni aylar əvvəl verdiyi konsertində yaşadıqlarından danışıb:

"Konsertim zamanı çox şey gördüm. Bilet yazmışam, gəlib götürəndə görüb birinci sırada deyil, atıb. Biri də var, brend geyinir, onun-bunun hesabına sənətə gəlib. Konsertə dəvət edirik, kürəkənimə deyib ki, sıranı deyin, birinci yer deyilsə gəlmirəm. Dediklərimin ikisi də qadındır. Qərara gəldim ki, bundan sonra heç kimə dəvətnamə göndərməyəcəm.

Dünən sənətə gələnlər klip təqdimatı edirdi, prodüseri zəng vurub çağırırdı. Sən kimsən ki, mənə prodüserin zəng edir?".