“Koronavirusun müalicəsində hələ ki, effektiv dərman yoxdur”

“Koronavirusun müalicəsində hələ ki, effektiv dərman yoxdur”
972 dəfə oxunub
  • A-
  • A
  • A+

“Plazma müalicəsində koronavirusdan sağalan şəxsin qan plazmasından istifadə olunur”.

Axşam.az xəbər verir ki, bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib. O bildirib ki, Azərbaycanda koronavirusun müalicəsində hələ ki, effektiv dərman yoxdur: "İstifadə olunan antiviral dərmanlar var ki, bunlar qrip, ebola virusların müalicəsində istifadə olunan dərmanlardır. Hazırda patogenik müalicə üsulu var ki, müxtəlif müdaxilələr edirik.

Plazma müalicəsində koronavirusdan sağalan şəxsin qan plazmasından istifadə olunur. Bu üsuldan sars virusunun müalicəsində də istifadə olunub. İlk vaxtlar bu müalicə üsulunda sağalmış şəxslərin cəlb edilməsi ilə bağlı problemlər var idi.  Lakin aparılan təbliğatlardan sonra immun plazmadan istifadə artdı. Ölkəmizdə bu müalicə üsulu ilə sağalan xəstələrin sayı çoxdur və istifadəsində heç bir problem müşahidə etməmişik".