TƏBİB karantində toyların keçirilməsinə münasibət bildirdi

TƏBİB karantində toyların keçirilməsinə münasibət bildirdi
3749 dəfə oxunub
  • A-
  • A
  • A+

“Toyların və ya hər hansı yığıncaqların keçirilməsi ilə əlaqəli qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir”.

Axşam.az xəbər verir ki, bu barədə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu qərar dövlət tərəfindən verilir:

“Hər birimiz - istər həkimlərin, istər adi vətəndaşlarımızın bu karantin qaydalarına riayət etmək borcumuzdur. Buna həkim olaraq fikrimi bildirə bilərəm. Başqa tərəfdən, bu prorseslərin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən aparılır”.