Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu küçədə hərəkət məhdudlaşdırılacaq
857 dəfə oxunub
  • A-
  • A
  • A+

Nərimanov rayonu Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinədək olan hissəsində hərəkət məhdudlaşdırılacaq.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.