Reanimasiyada olan xəstələrin sayı açıqlandı

Reanimasiyada olan xəstələrin sayı açıqlandı
783 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 21-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 727 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 180 nəfər reanimasiyada, 24 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 34 921 nəfər virusa yoluxub, 32 682 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 5 986 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 861 788 test aparılıb.

Qeyd edək ki, bu gün 162 koronavirusa yoluxma faktı qeydə alınıb, 171 nəfər sağalıb, 2 xəstə vəfat edib.