"Payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq"

"Payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq"
1644 dəfə oxunub
  • A-
  • A
  • A+

“Pandemiya fövqəladə bir vəziyyət hesab olunur. Heç bir ölkənin səhiyyə sistemi bu vəziyyətə hazır olmayıb. Ona görə də bütün həkim heyəti virusla mübarizəyə cəlb olunur”.

Axşam.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Biz payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq. Bəzi tibb işçilərinə istirahət verilib ki, qarşıdan gələn mövsümə hazırlıqlı olsunlar”, - o bildirib.