Bu il iyunda ölənlərin sayı niyə artıb?

Bu il iyunda ölənlərin sayı niyə artıb?
927 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ötən illə müqayisədə bu il iyun ayında ölənlərin sayının 2 min çox olmasının bir neçə səbəbi var".

Axşam.az xəbər verir ki, bunu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib.

O bildirib ki, ötən illə müqayisədə bu il iyun ayında ölənlərin sayının 2 min çox olmasının bir neçə səbəbi var:

"Bu ölüm faktının Ədliyyə Nazirliyində qeydə alınmasının gecikməsinə görə ola bilər. Həmçinin, koronavirusa görə xəstə olmayıb stress keçirənlər də, virusa görə xəstəxanaya müraciət etməkdən qorxanların ölməsinə görə də say arta bilər".