Lalə Məmmədovanın bacısı və övladları da koronavirusa yoluxub

Lalə Məmmədovanın bacısı və övladları da koronavirusa yoluxub
2937 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Lalə Məmmədovanın bacısı koronavirus infeksiyasına yoluxub.

Bu haqda Axşam.az-a açıqlamasında müğənni özü məlumat verib. O bildirib ki, virus onun da ailəsindən yan keçməyib:

"Bacım və övladları koronavirusa yoluxdular. Şükür, indi yaxşıdılar".

Karantin boyunca heç bir efirə qatılmayan Məmmədova bütün gününü övladları ilə keçirdiyini deyib:

"Həmin ərəfədə yalnız övladlarım və ailəmlə oldum. Dəvət edirdilər, sadəcə, ruh halım o deyildi. Bağımda, ailəmlə birlikdə oldum. Bu günümüzə də şükür".

L.Məmmədova ölkə başçısının hədiyyə etdiyi evdən də söz açıb. O bildirib ki, evin təmir işləri artıq başa çatıb:

"Hələ köçməmişəm".