Dərsdən sonra sıxlığın qarşısı necə alınacaq?

Dərsdən sonra sıxlığın qarşısı necə alınacaq?
1670 dəfə oxunub
  • A-
  • A
  • A+

Dərslər bitəndən sonra uşaqların sıxlıq yaranmadan çıxması üçün sosial məsafənin qorunmasına "Məktəblinin dostu" layihəsinin könüllüləri kömək edəcək.

Axşam.az xəbər verir ki, bunu nazirin müşaviri Rüstəm Ağayev deyib.

Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, siniflərin bölünməsi və şagirdlərin həftədə 2 və ya 3 dəfə dərsə gəlməsi eyni zamanda dərsə gələn şagirdlərin sayını bir neçə dəfə azaldacaq: "Həmçinin, bəzi fənlərin yalnız distant formada keçirilməsinə baxılır. Bu qərar olarsa, sıxlıq daha da azalacaq. Bu da sosial məsafənin qorunmasına kömək edəcək".