Ermənistan vətəndaşlarının Dağlıq Qarabağa girişinə məhdudiyyət qoyub

Ermənistan vətəndaşlarının Dağlıq Qarabağa girişinə məhdudiyyət qoyub
3204 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan bu gün saat 14:00-dan vətəndaşlarının Dağlıq Qarabağa girişinə məhdudiyyət qoyub.

Axşam.az xəbər verir ki, bu haqda erməni mediasında xəbər yer alıb. Bildirilib ki, məhdudiyyətlər Qarabağa girmək və cəbhəyə yardım əşyalarının aparılması ilə əlaqədardır.

Yazıda Qarabağa getmək istəyən şəxslərin bunun üçün bir sıra qurumlardan icazə almaları yer alıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti oktyabrın 1-dən etibarən Qarabağa girişin Ermənistan sərhəd-keçid məntəqəsindən sənəd göstərmək şərtilə həyata keçiriləcəyini elan etmişdi.

Erməni mənbələrinin yaydığı məlumatlara görə, düşmənin işğal etdiyi ərazilərdən 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb.