Prezidentin köməkçisi yaralanan 10 aylıq Zəhranın fotosunu paylaşdı

Prezidentin köməkçisi yaralanan 10 aylıq Zəhranın fotosunu paylaşdı
3508 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəlüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb.

Axşam.az xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri tvitter hesabında “Gəncə güclüdür” həştəqindən istifadə edərək qeyd edib:

“Nəsillər dəyişir, ancaq Ermənistanın Azərbaycan xalqına qarşı vəhşilikləri bitmir. Ermənistanın Gəncə şəhərinin yaşayış məntəqələrinə raket hücumu nəticəsində bu 10 aylıq qız yaralanıb”.