İftar üçün ləzzətli reseptlər

İftar üçün ləzzətli reseptlər
1061 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Kərəvəzli toyuq salatı

Ərzaqlar:
Toyuq filesi – 2 ədəd
Kərəviz sapı – 3 ədəd
Xiyar – 3 ədəd
Xırda doğranmış qoz – 05, stəkan
Qatıq - 2 stəkan
Mayonez - 3 xörək qaşığı
Duz və istiot zövqə görə
Zövqə görə istiot
Xırda-xırda doğranmış şüyüd

Hazırlanması:
Fileni suda bişirib, didin. Kərəvizi, xiyarı xırda doğrayıb toyuğun üzərinə əlavə edin. Üstünə duz, istiot, qatıq və mayonezi töküb qarışdırdıqdan sonra süfrəyə verin. Üstünə xırda doğranmış şüyüd səpin.

Qaymaqlı ispanaq şorbası

Ərzaqlar:
İspanaq – yarım kiloqram
Kərə yağı - 4 xörək qaşığı
Doğranmış soğan - yarım stəkan
Un - 3 xörək qaşığı
Toyuq suyu - 5 stəkan
Duz və istiot zövqə görə
Qaymaq - 1 stəkan

Hazırlanması:
İspanağı təmizləyin, saplaqlarını kəsin və iri-iri doğrayın. Yaxşıca yuduqdan sonra quruması üçün kağız dəsmal və ya çay dəsmalının üstünə  sərin. Qazanda yağı əridin, soğanı əlavə edib rəngi dəyişənə qədər qovurun. İspanağı buraya əlavə edin və yumşalana qədər bişirin. Üstünə unu səpib, qarışdırın. Toyuq suyunu tökün və qarışdıra-qarışdıra qaynamasını gözləyin. Sonra blenderdə püre edin. Alınan püreni qazana əlavə edib, üzərinə duz, istiot, qaymaq əlavə edin. Bir az vam odda saxladıqdan sonra süfrəyə verin.

Şokoladlı tort

Ərzaqlar:
Yumurta - 4 ədəd
Otaq temperaturunda yumşalmış yağ - 125 qr.
Şəkər tozu - 1 stəkan
Kakao - 2 qaşıq
Süd - 1 qəhvə fincanı
Un - 1,5 stəkan
Qabartma tozu - 1 qutu

Krem üçün:
Süd - 2 stəkan
Nişastası - 1 x.q.
Kakao - 1 qaşıq
Şəkər tozu - 5 qaşıq
Şokolad - 80 qr.

Hazırlanması:
Südün 1,5 stəkan qədər qaynadın. Qalan yarım stəkan süd ilə şəkər, nişasta və kakao hamar hala gələnə qədər qarışdırın. Bu qarışığı qaynayan südə az-az qarışdırılaraq əlavə edin. 2-3 dəqiqə bişirilib ocaqdan alın. Tələb olunarsa, bu mərhələdə parçalanmış şokolad əlavə edilib qarışdırın. Soyuması üçün kənara qoyun. Arabir qarışdırın.

Kənarda yumşaq kərə yağını şəkərlə qarışdırın. Yumurtaları, südü və kakaonu da əlavə edib qarışdırmağa davam edin. Son olaraq un, kakao və qabartma tozu əlavə olunur. Bu qarışığın yarısını yağlanmış qəlibə tökün. Üzərinə soyumuş olan kakaolu sousu əlavə edib, kənarlara çox yaxınlaşdırmadan yayın. Ən üstə qalan qarışığı töküb, qaşıq ilə düzəldin. 180 dərəcə isidilmiş sobada 20-30 dəqiqə bişirin. Sobadan çıxdıqdan sonra pudra şəkəri ilə üzərini bəzəyin.