Kafedra müdiri koronavirusdan dünyasını dəyişdi

Kafedra müdiri koronavirusdan dünyasını dəyişdi
1070 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov koronavirusdan vəfat edib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda universitetdən məlumat verilib. Mərhumun ötən gün dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Baba Musa oğlu Qasımov M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. Azərbaycan Dövlət Universitetində, Qafqaz Universitetində, Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Fizika-riyaziyyat üzrə elmlər namizədi olub.