Evli olsalar da, 2 ildir ayrı yaşayırlar

Evli olsalar da, 2 ildir ayrı yaşayırlar
2329 dəfə oxunub
  • A-
  • A
  • A+
Hazırda “Bir zamanlar Çukurova” serialında rol alan aktrisa Hande Soral şəxsi həyatı barədə danışıb.

Axşam.az xəbər verir ki, aktrisa “Womens Shine” jurnalına müsahibəsi zamanı 2 ildir aktyor həyat yoldaşı İsmayıl Dəmircidən ayrı yaşadığını bildirib:

“2 ildir ayrı şəhərlərdə yaşayırıq. Çox çətindir. Münasibətimiz darıxmaq üzərində qurulub. Bunun keçici bir vaxt olduğunu bildiyimiz üçün səbr edirik. 3 ildir ki evliyik, 2 ildir ayrıyıq”.

Qeyd edək ki, İ.Demircinin rol aldığı “Kuzey Yıldızı İlk Aşk” serialı Ordu şəhərində çəkilir.