Aparıcıları təhqir etdi

Aparıcıları təhqir etdi
2442 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı-aktyor Sərxan Kərəmoğlu aparıcıları təhqir edib.

Axşam.az xəbər verir ki, sənətçi bunla bağlı video çəkib və televiziya əməkdaşlarının ünvanına təhqiramiz sözlər səsləndirib. Sərxan bildirib ki, buna səbəb sənət adamlarının onun adını verilişlərdən birində çəkməsi və onun kəsilməsi olub: 

"Hələ televiziyanın "t" hərfindən xəbəri olmayanlar: etik qaydalar var, bir sənət dostunuzun adı çəkilirsə "salam" göndərin. Özünüzə gəlin, "burada salamlayırıq" deyərək, nəyi itirəcəksiniz? Elələri var ki, hətta ad çəkiləndə kəsib çıxarırlar. İmkan vermirlər efirə getsin. Həyat qısadır, nə aparacaqsınız? Sərxanın sizə ehtiyacı var? Amma zəng edib deyirlər ki, kimsə ad çəkəndə aparıcı öz işindədir, fikir vermir. Allah sizi islah etsin, gözünüzü doydursun. Bu həyatdan heç nə apara bilməyəcəksiniz. "Aparıcıkimilər", Sərxanın sizin salamınıza ehtiyacı yoxdur".